Qətər İsrail və HƏMAS arasında danışıqlarda vasitəçiliyi dayandırdı

Dünya

09.11.2024 23:33

Qətər İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında münaqişənin həlli üzrə danışıqlarda vasitəçiliyini dayandırıb.

TodayPress xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

İddia olunur ki, ölkə danışıqlarda vasitəçiliyi bərpa edə bilər, ancaq qarşıdurmanın hər iki tərəfi münaqişəyə son qoymaq üçün ciddi öhdəlik göstərməyə cəhd etsələr.

Bundan əvvəl Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı Dohada ABŞ, İsrail və Qətər nümayəndələri arasında danışıqlar başlayıb.

İki aydan artıqdır ki, bu məsələlərin yüksək səviyyədə müzakirə olunmadığı müəyyən olunub.

Aynur TAC

tag: HƏMAS, İsrail, Münaqişə, Qətər, ABŞ, Qəzza, todaypress.az,