Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqlədi
Dünya
15.01.2025 23:10
Qətər HƏMAS-İsrail razılaşmasını
təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Qətərin Baş naziri
Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.
O HƏMAS və İsrailin Qəzza zolağında atəşkəsin əldə
olunması və girovların azad edilməsi ilə bağlı razılığa gəldiklərini bəyan
edib.
Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması
yanvarın 19-dan qüvvəyə minəcək. Girovların azad edilməsi razılaşmanın birinci
mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.
Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı
mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması
əldə olunub.
Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq
gərgin fəaliyyətindən sonra bağlanıb.
tag: Qətər, Razılaşma, İsrail, Qəzza, HƏMAS, todaypress.az,