Qətər girov mübadiləsinin ikinci mərhələsinin təfərrüatlarını açıqladı
Dünya
21.01.2025 17:25
HƏMAS ilə İsrail arasında girov və əsirlərin mübadiləsinin ikinci mərhələsi yanvarın 25-26-da baş tutacaq və bundan sonra fələstinlilər Qəzza zolağının şimalına qayıda biləcəklər.
TodayPress xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
"Mübadilənin ikinci mərhələsi həftə sonu baş tutacaq, bundan sonra cənubdan şimala hərəkət asanlaşdırılacaq" deyə o əlavə edib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, departament yeni mübadilənin daha rəvan getməsini gözləyir.
Xatırladaq ki, yanvarın 19-da HƏMAS ilk 3 girovu İsrailə təhvil verib. Atəşkəs razılaşması çərçivəsində İsrail Həbsxanalar İdarəsi 90 fələstinli məhbusu azad edib.
Töhfə Səməd
tag: HƏMAS ,İsrail,Əsir,Mübadilə,Qəzza,Atəşkəs,todaypress.az,