Qərbin planı baş tutmadı: Rusiya hərbi istehsalı artırdı

Dünya

11.09.2024 11:48

“Rusiya hərbi istehsalı artırmağa davam edir. Onlar hələ iki il də bu templə irəliləyəcəklər”.

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb. 

Analitiklərin fikrincə, 2022-ci ilin son rübü ilə 2024-cü ilin ikinci rübü arasında Rusiya istehsalı kəskin artırıb.  

Qeyd edilir ki, belə yüksək artım Rusiya istehsalı olan zirehli texnika və tankların 80 faizinin yeni maşınların istehsalından çox, mövcud ehtiyatların modernləşdirilməsi nəticəsində əldə edilib.

Ekspertlər bildirir ki, Moskva çox güman əlavə istehsal xətləri açmasa belə, 2026-cı ildən sonra ildə 350 müasir tank istehsal edəcək.

Kiel İnstitutu Rusiyanın zirehli maşın istehsalının 2026-cı ildən başlayaraq azalacağını proqnozlaşdırıb. İnstitutun hesablamalarına görə, Rusiya gündə ən az 10 min mərmi atır.

Töhfə Səməd

tag: Qərb, Analitik ,Rusiya, Texnika ,Moskva ,todaypress.az,