“Qərbin həmişə Ukraynanı dəstəkləməsi fikri sadəcə illuziyadır”
Dünya
24.07.2024 10:15
“Qərb ölkələrinin Ukraynanı həmişə və qeyd-şərtsiz dəstəkləyəcəyi fikri illüziyadır”.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu sözləri Ali Radanın İqtisadi İnkişaf Komitəsinin sədri Dmitri Nataluxa deyib.
“Bizim (Ukrayna) hər zaman qeyd-şərtsiz və sonsuz dəstəklənəcəyimizə dair bu illüziya, mənə elə gəlir ki, prinsipcə, rusların Xarkovdakı sonuncu hücumundan sonra yoxa çıxmalı idi. Çünki bizə nə silah, nə də pul dəstəyi verilmədi” deyə o, əlavə edib.
Töhfə Səməd
tag: Qərb, Ukrayna, Xarkov, Dmitri Nataluxa, todaypress.az,