Qərbin dağıdıcı siyasəti qlobal fəlakətlərə səbəb olacaq
Dünya
03.07.2024 15:10
“Qərb Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməklə onları Rusiya ilə əməkdaşlıqdan qoparmaq istəyir”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.
Diplomat bildirib ki, bu, amerikalıların öz dağıdıcı təsirlərini dünyanın bütün regionlarına yaymaq cəhdlərinin növbəti göstəricisidir.
“Vaşinqton Rusiyanın dostlarını və qonşularını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq istəyir. Regionun xüsusiyyətlərinə bələd olmayan Qərbin öz reseptlərini Cənubi Qafqaza tətbiq etməsi burada yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır. Və bu təkcə region üçün deyil, həm də dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq” Nastasin qeyd edib.
Günəş Mərd
tag: Siyasət, Azərbaycan, Ermənistan, NATO, Sammit, Xarici İşlər Nazirliyi, todaypress.az,