Qərbdəki yeganə Lenin muzeyi bağlandı

Dünya

03.11.2024 12:25

Finlandiyanın Tampere şəhərində Qərbdə yerləşən yeganə Lenin Muzeyi bağlanıb.

TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.  

Muzey 1905-ci ilin dekabrında SSRİ-nin yaradıcısı Vladimir Lenin və İosif Stalinin ilk görüşünün keçirildiyi binada təşkil edilib.  

Qeyd olunub ki, Lenin Muzeyinin yerində sərgiləri iki dövlət arasında münasibətlərin tarixinə həsr olunacaq Finlandiya və Rusiya arasındakı münasibətləri əks etdirəcək tarixi muzey yaratmaq planlaşdırılır. 

Yeni muzeyin 2025-ci il fevralın 15-də açılışı planlaşdırılır. 

Günəş Mərd 

tag: Muzey,Lenin,SSRİ,Finlandiya,Todaypress.az,