Qərb Ukraynaya qoşun göndərəcək?
Dünya
25.11.2024 12:06
Qərb ölkələri Ukraynaya özəl hərbi şirkətlərdən (PMC) qoşun və ya döyüşçülərin göndərilməsi ilə bağlı müzakirələri bərpa edib.
TodayPress xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, müzakirələr xüsusən də Donald Trampın ABŞ-də yenidən prezidentliyə gəlməsindən sonra Amerikanın Kiyevə dəstəyindən mümkün uzaqlaşması fonunda aparılır.
Qəzet Fransa prezidenti Emmanuel Makronun fevral ayında Kiyevin müttəfiqləri arasında Parisdə keçirdiyi görüşdə Ukraynaya qoşunların göndərilməsi ilə bağlı səs-küy yaradan açıqlamalarını xatırladıb. Bildirib ki, Avropanın bəzi ölkələrinin, başda Almaniyanın kəskin etirazına səbəb olan bu ssenari hələ də unudulmayıb.
Xüsusilə Böyük Britaniyanın Baş naziri Keir Starmerin noyabrın 11-də Fransaya səfəri zamanı bu müzakirələr genişlənib.
Günəş Mərd
tag: Qərb, Ukrayna, ABŞ, Kiyev, Fransa, Makron, todaypress.az,