Qərb Ukraynaya hava hücumundan müdafiə təchizatını dayandırdı

Dünya

20.08.2024 22:51

Qərb Ukraynaya hava hücumundan müdafiə təchizatını dayandırır.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Ukraynanın bir sıra Qərb müttəfiqləri hava hücumundan müdafiə sistemləri və digər hərbi texnikanın tədarük  öhdəliklərini yerinə yetirmir.

Həmçini NATO ölkəsi alyansın iyulda Vaşinqtonda keçirilən sammiti zamanı ən azı beş əlavə uzunmənzilli hava hücumundan müdafiə sistemi göndərəcəyini vəd edib.

Məlumata görə, ABŞ, Almaniya və Rumıniya bir “Patriot” kompleksi göndərməyə söz verib və dördüncü kompleks bir neçə ölkənin hədiyyə etdiyi hissələrdən yığılmalı idi. Eyni zamanda, İtaliya “SAMP-T” sistemini göndərəcəyini vəd edib. Digər müttəfiqlər Ukraynaya başqa sistemlər və sursatlar göndərməyi öhdələrinə götürüblər.

Mənbədən bildirilib ki, Rusiya cəbhədə irəliləsə də, Ukraynanın müttəfiqləri arasında dəstək qeyri-bərabər olaraq qalıb.

Aytac Müşfiq

tag: Rusiya, Qərb, ABŞ, Ukrayna,SAMP-T,todaypress.az,