Qərb Ukraynanın ərazi itkilərinə razı ola bilər
Qərb ölkələri Ukraynanın 20% ərazisini faktiki olaraq Rusiyanın nəzarətində saxlamasına razı ola bilər.
TodayPress xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
Bildirilib ki, bu, həmin ərazilərin "de-yure" deyil, "de-fakto" tanınması anlamına gəlir.
Yəni ərazilər rəsmi olaraq Rusiya kimi tanınmasa da, Ukraynanın onlardan müvəqqəti imtina etməsi mümkündür.
Nəşr yazır ki, ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa və Zaporojye AES-in ətrafında neytral zona yaratmağa hazırdır.
Bu təkliflər ABŞ-nin Rusiya-Ukrayna müharibəsini bitirmək üçün irəli sürdüyü sülh planının bir hissəsi kimi göstərilir.
Türkan İsgəndərli
tag: Qərb,Ukrayna,Ərazi,İtki,Todaypress.az,