Qərb Ukraynada sülhlə bağlı Aİ-yə xəbərdarlıq etdi

Dünya

18.12.2024 12:00

"Əgər Avropa İttifaqı (Aİ) ölkələri Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqlarında iştirak etmək istəyirlərsə, o zaman “bunun əvəzini ödəməyə” hazır olmalıdırlar". 

TodayPress xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

“Əgər Aİ Ukraynadakı münaqişə ilə bağlı danışıqlara ciddi təsir etmək istəyirsə, o zaman bunun əvəzini ödəməyə hazır olmalıdır. İcma narahatdır ki, Kiyevin gələcəyinin müzakirəsi ərazi itkilərinə, ukraynalı qaçqınların Aİ-yə böyük dalğasına, habelə Ukraynanın NATO üzvlüyündən çıxarılmasına gətirib çıxara bilər” deyə nəşr qeyd edib.

Materialın müəllifləri belə bir ssenarinin Aİ üçün “ciddi strateji uğursuzluq” və icma birliyi sınağı olacağını qeyd ediblər. Onların fikrincə, “masaya mümkün qədər çox pul qoymaq vacibdir”, çünki Ukrayna danışıqlara “son dərəcə zəif mövqedən” başlamaq riski daşıyır.

Töhfə Səməd

tag: Aİ, NATO, Politico,Ukrayna, todaypress.az,