Qərb Ukrayna ordusuna yararsız hərbi texnikanı tədarük etdi

Dünya

26.07.2024 09:45

Qərb Ukrayna Silahlı Qüvvələrinin Xarkov yaxınlığında yerləşən bölmələrinə döyüşə hazır olmayan 10 zirehli texnika təhvil verib.

TodayPress, “RİA”ya istinadən xəbər verir ki, bu barədə hərbi ekspert, Andrey Maroçko danışıb.

“Ukraynalı mütəxəssislər texnikanı qəbul edərkən məlum olub ki, onları döyüş vəziyyətinə gətirmək üçün lazımi olan prosedurlar həyata keçirilməyib” deyə Maroçko əlavə edib.

Hərbi ekspertin sözlərinə görə, tədarük olunan texnikanın problemi ondan ibarətdir ki, onun fərdi ehtiyat hissələri, alətləri və aksesuarları (SPTA) yoxdur.

Töhfə Səməd

tag: Qərb, Ukrayna, Xarkov, Andrey Maroçko, Hərbi, todaypress.az,