Qərb “silah baronu”nun bazara qayıtdığını elan etdi

Dünya

07.10.2024 15:30

Əvvəllər silah alveri ittihamı ilə Amerika həbsxanasında saxlanılan və əsir mübadiləsi zamanı Rusiyaya qaytarılan rusiyalı Viktor But Yəmənin “Ənsar Allah” hərəkatının nümayəndələri ilə silah satışı ilə bağlı danışıqlarda iştirak edib. 

TodayPress xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.

Qəzetin yazdığına görə, But artıq husilərlə 10 milyon dollar dəyərində müqavilə bağlayıb. Bu, bu ilin oktyabr ayının sonuna qədər Yəmənə “AK-74” və “AKM” avtomatlarının tədarükünü nəzərdə tutur. 

Tədarükün həcmi isə məlum deyil.   

Günəş Mərd

tag: Silah Alveri ,Amerika ,Viktor But ,Yəmən ,Husilər, Tədarük ,todaypress.az,