Qərb Rusiyaya qarşı 21 mindən çox sanksiya tətbiq etdi

Dünya

25.09.2024 20:45

Qərb Rusiyaya qarşı 21 mindən çox sanksiya tətbiq edib.

 

TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirlərinin görüşündə deyib.

 

“Son 10 il ərzində Qərb təkcə Rusiyaya qarşı 21 mindən çox qanunsuz məhdudiyyət tətbiq edib” deyə o vurğulayıb.

 

Lavrov ABŞ və müttəfiqlərinin beynəlxalq strukturlara qarşıdurma gündəmi tətbiq etmək istəyini açıq-aşkar “neokolonializmin təzahürü” adlandırıb.


Aynur TAC


tag: Lavrov, Rusiya, Sanksiya, ABŞ, Qərb,todaypress.az,