Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq etdi
“Kollektiv Qərb ölkələri Rusiya iqtisadiyyatına qarşı 20 minə yaxın sanksiya tətbiq edib”.
TodayPress xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Pankin deyib.
Pankinin sözlərinə görə, ABŞ və Aİ tərəfindən davam edən sanksiyaların tətbiqi prosesi Rusiyanın zəifləyəcəyini və yıxılmasını təmin etmək məqsədi daşıyır. Nazir müavini əlavə edib ki, bu sanksiyalar dezinformasiya kampaniyaları ilə dəstəklənsə də, özünü doğrulda bilmir.
Töhfə Səməd
tag: ABŞ, Aİ, Pankin, Rusiya, Qərb, todaypress.az,