Qərb qorxusunu dilə gətirdi: Ukraynada silahlar oğurlanır
Dünya
26.11.2024 13:32
Qərb Ukraynada münaqişə bitdikdən sonra Avropaya keçmiş Ukrayna Silahlı Qüvvələrində xidmət göstərmiş əsgərlərin axınından və silah qaçaqmalçılığından qorxur.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” Avropa kəşfiyyatına istinadən məlumat yayıb.
Sentyabrda “Focus” nəşri hərbi ekspertlərə və respublikanın dövlət reyestrlərinin monitorinqinə cavabdeh olan “OpenDatabot” xidmətinin statistikasına istinadən yazıb ki, Ukraynada 270 mindən çox silah yoxa çıxıb və ya oğurlanıb.
Hazırda Ukrayna hakimiyyəti problemlə mübarizə aparmağa çalışır. Məsələn, iyul ayında hökumət odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə mübarizə üçün koordinasiya mərkəzi yaratmaq qərarına gəlib.
Töhfə Səməd
tag: Qərb, Avropa, Ukrayna, Hərbi, Mübarizə, todaypress.az,