“Qərb Qlobal Cənuba güzəştə getməlidir”
Dünya
26.10.2024 13:15
“Qərb beynəlxalq aləmdə nüfuzunu qorumaq üçün Qlobal Cənub ölkələrinə ciddi güzəştlərə getməlidir”.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, indi getdikcə daha çox dövlət BRICS-ə qoşulur. Assosiasiya iqtisadi parametrlər də daxil olmaqla, G7-dən əhəmiyyətli dərəcədə üstündür. Nəşr vurğulayıb ki, Qərb ölkələri mövcud vəziyyətə ciddi yanaşmalıdır.
“Qərb də öz siyasi mədəniyyətini inkişaf etdirməlidir. Buraya daha zəif ölkələrin nümayəndələri ilə bərabər şərtlərdə görüşmək və onların problemlərinə ciddi yanaşmaq daxildir” deyə “Spiegel” yazır.
Töhfə Səməd
tag: Qərb, BRICS, G7, Cənub, todaypress.az,