Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırdı
Dünya
24.11.2024 08:44
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəetmə Şurasının İran
əleyhinə qəbul etdiyi qətnaməni alqışlayır.
TodayPress xəbər verir ki, bu barədə Britaniya
hökumətinin saytında dərc olunmuş bəyanatda deyilir.
Məlumata görə, bu ölkələr İranı nüvə materiallarından
istifadə ilə bağlı AEBA-ya məlumat vermədiyinə görə qınayıb və Tehranı qurumla
əməkdaşlığa çağırıb.
Bundan əvvəl “Reuters” xəbər verib ki, AEBA İranı
agentliklə əməkdaşlıqdan yayındığına görə tənqid edən qətnamə qəbul edib.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, agentlik Tehran və onun
nüvə proqramına qarşı qeyri-konstruktiv qərar qəbul edərsə, İran tərəfi qəti
cavab tədbirləri görəcək.
tag: Fransa, Almaniya, Atom, Britaniya, todaypress.az,