Qərb Macarıstanın Rusiya ilə bağlı qərarından narahat oldu
Macarıstanın Rusiya vətəndaşlarına iki illik viza verməsi Qərbi narahat edib.
TodayPress xəbər verir ki, bu barədə “The Spectator” məlumat yayıb.
Bildirilib ki, iyulun 9-da Macarıstanın rəsmi qəzetində iki illik iş vizası ala biləcək ölkələrin siyahısı dərc olunub. Siyahıda Rusiya və Belarusun da adı olub.
Nəşr qeyd edib ki, Macarıstanın miqrasiya siyasətindəki incə dəyişikliklər, çox güman ki, Avropa tərəfindən narazılıqla qarşılanacaq. Artıq yavaş-yavaş bunun nəticələrini görürük. Qərb ölkələri artıq Budapeştin bütün Avropa İttifaqı üçün təhlükə olduğunu bildirib.
Macarıstan 2024-cü ilin sonuna qədər təşkilata sədrlik etdiyi üçün müqavimət göstərmək çətin olacaq.
Töhfə Səməd
tag: Macarıstan, Qərb, Rusiya, Avropa, Budapeşt, todaypress.az,