Qərb Livanda atəşkəsin əldə olunması üçün plan hazırladı

Dünya

26.09.2024 11:10

Birləşmiş Ştatlar Fransa və Vaşinqtonun regiondakı digər müttəfiqləri ilə əməkdaşlıq edərək, danışıqlara şərait yaratmaq və münaqişəni təhdid edən böhranı aradan qaldırmaq məqsədilə İsrail və “Hizbullah” arasında 21 günlük atəşkəs təklif edəcək.

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. 

"Biz inanırıq ki, hər iki tərəf mülki şəxslərin müdafiəsi üçün bunu gecikmədən qəbul edəcək və diplomatik danışıqlara başlayacaq" deyə Fransanın xarici işlər naziri Jan-Noel Barro BMT Təhlükəsizlik Şurasının iclasında bildirib. 

Qeyd edək ki, saziş layihəsi ABŞ-nin bir sıra əsas müttəfiqləri, o cümlədən Avstraliya, Kanada, Almaniya, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənib.

Töhfə Səməd

tag: Fransa, BMT, ABŞ ,Almaniya ,Qətər ,todaypress.az,