Qərb Kiyevin “qələbə planını” “sülh planına” çevirmək niyyətindədir

Dünya

26.09.2024 17:37

İtaliya Ukraynaya mülki yardım göstərməkdə qərarlıdır və Kiyevə silah tədarükünü artırmaqla “qələbə planı”nı deyil, sülhə nail olmaq perspektivlərini müzakirə edir. 

TodayPress xəbər verir ki, bu barədə “İl Messaggero” qəzeti yazıb.

Diplomatik mənbələrə görə, hazırda Roma, Paris və Vaşinqtonun əsas məqsədi Ukrayna lideri Volodimir Zelenskinin “qələbə planını” “sülh planına” çevirməkdir. Noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, bu plan təmin edilməlidir.

“Romalıların məqsədi İtaliyanın 2025-ci ildə müvafiq sammitə ev sahibliyi etməkdir” deyə nəşr yazıb. 

Töhfə Səməd

tag: İtaliya, Ukrayna, Roma ,Paris ,Qərb, Kiyev, Silah, todaypress.az,