Qərb Kiyevi Krıma hücum üçün ruhlandırdı
Dünya
04.08.2024 10:30
Krım yarımadasının
ələ keçirilməsi məqsədi daşıyan yeni əməliyyatın təşkili Ukraynadan həm insan,
həm də texniki resurslar tələb edəcək.
TodayPress xəbər
verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
“Ukraynaya çox
güman ki, müdafiəçilərdən 3-5 dəfə çox yaxşı təchiz edilmiş qüvvə lazımdır. Bu əməliyyat
2023-cü il əks-hücumunun miqyasından dəfələrlə böyük olacaq”.
Hərbi analitik
Benjamin Fridman nəşrlə söhbətində qeyd edib ki , yeni hücuma başlamaq üçün
Kiyevdə təkcə canlı qüvvə yox, həm də hava hücumundan müdafiə qüvvələri də
yoxdur.
“Düşünmürəm ki,
Ukrayna Rusiya hava hücumundan müdafiə imkanlarını nəzərə alaraq, hətta F-16 ilə
belə quru qoşunlarını effektiv hava dəstəyi ilə təmin edə bilər” deyə o, əlavə
edib.
Töhfə Səməd
tag: Kreml, Rusiya, Avropa, Ukrayna,Krım,todaypress.az,