Qərb İsrailə xəbərdarlıq etdi

Dünya

23.10.2024 10:57

1145

Kim Dotcom kimi tanınan alman-fin sahibkarı Kim Şmitz İsraili Ukraynanın taleyini təkrarlamamaq barədə xəbərdarlıq edib. 

TodayPress xəbər verir ki, “X” sosial şəbəkəsindəki səhifəsində o, Təl-Əvivə ABŞ-nin köməyinə daha az güvənməyi tövsiyə edib.

İş adamının sözlərinə görə, İsrail Vaşinqtonun İrana qarşı müharibədə iştirakını gözləyir. Dotcom xəbərdarlıq edib ki, Rusiya və Çin münaqişəyə müdaxilə edərsə, ABŞ geri çəkilməli və ya nüvə müharibəsi riski ilə üzləşməyə hazır olmalıdır.

“Qələbə qazanmaq üçün ABŞ hökumətinə güvənmək axmaqlıqdır. Sadəcə Ukraynaya nəzər yetirmək bəs edir ki, hər şeyi anlayasan” deyə o, yazıb.

Töhfə Səməd

tag: ABŞ, İsrail, Rusiya, Çin, todaypress.az,