Qərb İranın “Hizbullah”ı silahla təmin etməyə başlayacağından qorxur

Dünya

23.12.2024 18:48

İran Suriyadakı vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq “Hizbullah”ı silahla təchiz etməyə başlaya bilər. 

TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Qərb ölkələri İranın silah qaçaqmalçılığına görə bölgədəki əsas hava limanını itirməsindən və indi Beyrut hava limanını özünün yeni logistika mərkəzinə çevirməyə çalışmasından narahatdır” deyə mənbə bildirib.

Qəzetin yazdığına görə, Tehrandan Beyruta birbaşa uçuşlar artıq bərpa edilib, lakin Suriyadan eyni istiqamətdə hələlik uçuşlar yoxdur. Qəzetin Yaxın Şərqdəki mənbəsinə görə, İranın hava yolundan istifadəsi daha çox gərginliyə səbəb ola bilər. Nəşrin həmsöhbəti həmçinin iddia edib ki, bu İsrail və Livan arasında bu yaxınlarda imzalanmış atəşkəs sazişinin pozulmasına gətirib çıxaracaq.

Qeyd edək ki, noyabrda İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, İran “Hizbullah”a silah tədarükünü davam etdirməyə hazırdır.

Töhfə Səməd

tag: Qərb,İran, Silah, Suriya, todaypress.az,