Qərb Hindistandan Ukraynaya silah tədarük etdiyini açıqladı
Dünya
19.09.2024 12:15
Hindistanda silah istehsalçıları tərəfindən hazırlanan və satılan artilleriya mərmiləri avropalı alıcılardan Ukraynaya yönləndirildi, Hindistan səlahiyyətliləri isə heç bir müdaxilə etmədi.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan və Avropa hökumət rəsmilərinə, müdafiə sənayesi nümayəndələrinə, habelə gömrük məlumatlarına istinadən məlumat yayıb.
Adı açıqlanmayan üç Hindistan rəsmisi Rusiya tərəfindən 2024-cü ilin iyulunda xarici işlər naziri Sergey Lavrov və onun hindistanlı həmkarı Subrahmanyam Cayşankar arasında keçirilən görüş də daxil olmaqla, ən azı iki dəfə məsələnin qaldırıldığını bildirib.
Hindistanın xarici işlər naziri daha əvvəl vurğulamışdı ki, Hindistan dünyada həm Rusiya, həm də Ukrayna ilə dialoq aparmağa qadir olan nadir ölkələrdən biridir. Cayşankar, Baş nazir Narendra Modinin Hindistanın rəhbəri kimi üçüncü müddətinin başlamasından bəri Moskva və Kiyevə səfərlərini mühüm addım kimi qiymətləndirib.
Töhfə Səməd
tag: Hindistan, Silah, Ukrayna, Rusiya, Sergey Lavrov ,todaypress.az,