Qərb etiraf etdi: ABŞ-nin Ukrayna ilə bağlı planı yoxdur

Dünya

02.08.2024 11:37

“Ağ Evin Ukraynanın qələbə qazanmasına kömək edəcək fəaliyyət planı yoxdur”.

TodayPress xəbər verir ki, bunu amerikalı ekspert Anatol Liven öz məqaləsində yazıb.

“Bayden administrasiyasının strategiyanı Konqresə təqdim etmək niyyətindən hələ də əsər-əlamət yoxdur. Bu, istər-istəməz belə bir strategiyanın mövcudluğunu şübhə altına salır”.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi ilə bağlı ciddi daxili müzakirələr Amerika liderinin administrasiyası çərçivəsində aparıla və ictimaiyyətə açıqlana bilməz. Çünki bu zaman ABŞ-nin indiki siyasətinin böyük hissəsinin yalan və boş fərziyyələrlə dolu olduğu üzə çıxacaq.

Töhfə Səməd

tag: Qərb, ABŞ, Ukrayna, Amerika, Siyasət, todaypress.az,