“Qərb Ermənistanı müttəfiqlərindən uzaqlaşdırmağa çalışır”

Dünya

13.07.2024 11:39

“Qərb Ermənistanı müttəfiqlərindən uzaqlaşdırmağa çalışır, baxmayaraq ki, digər ölkələrdəki nümunələr bunun nəyə gətirib çıxardığını aydın formada göstərir”.

TodayPress, "RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev səsləndirib.

“Onlar (Qərb ölkələri) təkcə “müdaxilə” etməyə çalışmırlar, əslində Ermənistanı müttəfiqlərindən uzaqlaşdırmağa çalışırlar. Təbii ki, bütün həmkarlarımız bunu aydın şəkildə bilirlər. Təbii ki, biz “xarici aktorlar”ın və İrəvan rəhbərliyinin Ermənistanda sabitliyi pozmaqla yanaşı, həm də onun hüdudlarından kənarda vəziyyəti daha da pisləşdirə biləcək hərəkətlərindən narahat oluruq” deyə Vasilyev bildirib.

Töhfə Səməd

tag: Ermənistan, Qərb, Vasilyev, Rusiya, Sabitlik, todaypress.az,