Qərb 2025-ci ildə Ukraynanın ərazilərdən imtina edəcəyini proqnozlaşdırır
2025-ci ildə Ukrayna hakimiyyəti ərazilərdən imtinanı nəzərdə tutan sülh müqaviləsi bağlamağa razı olacaq.
TodayPress xəbər verir ki, bu proqnozla Britaniyanın “The Financial Times” (FT) qəzeti çıxış edib.
Material müəllifləri iddia edir ki, Kiyev ABŞ-nin dəstəyi ilə Avropanın təhlükəsizlik zəmanətləri müqabilində bəzi torpaq mübadilələri ilə Rusiyanın hazırda nəzarətə götürdüyü ərazilər üzərində qanuni yox, faktiki nəzarətinə razı olacaq.
Eyni zamanda, nəşr qeyd edir ki, Ukraynanın NATO-ya qəbulu prosesi faktiki olaraq dondurulacaq.
Töhfə Səməd
tag: Rusiya,Ukrayna,Britaniya,ABŞ,NATO,todaypress.az,