Qərargah rəisi: "İsrail Qəzzada döyüşləri gücləndirəcək"

Dünya

25.04.2025 03:23

6

"Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, İsrail ordusu Qəzza zolağındakı əməliyyatların əhatə dairəsini genişləndirəcək"

TodayPress xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.

"Biz əməliyyatlarla təzyiqimizi davam etdirəcəyik və lazım gəldikdə HƏMAS-a nəzarətimizi gücləndirəcəyik. Girovların qaytarılmasında irəliləyiş görməsək, həlledici nəticə əldə olunana qədər atacağımız addımları intensivləşdirəcək və genişləndirəcəyik" Zamir bildirib.

İsrail tərəfinin son məlumatına görə, HƏMAS hazırda Qəzzada 24 girovu və 35 girova aid cəsədi saxlayır.

tag: Qəzza, İsrail, Döyüş, Eyal Zamir, HƏMAS, todaypress.az,