Qədim məzarlıqda böyük muncuq kolleksiyası tapıldı

Dünya

31.01.2025 17:22

İspaniyanın Montelirio arxeoloji kompleksində təxminən 5 min il yaşı olan qəbirlərdən birində paltar tikmək üçün istifadə edildiyi ehtimal olunan 270 mindən çox muncuq tapılıb. 

TodayPress xəbər verir ki, bu barədə “Science Advances” məlumat yayıb.

Kompleksin qəbirlərindən birində 15-i qadın olmaqla 20 nəfərin qalıqları tapılıb. 

Hər biri balıqqulağından oyulmuş iplər üçün çuxur olan muncuqlar ölülərin üzərini tamamilə örtüb. 

Təcrübələr göstərib ki, tapılan bütün zərgərlik məmulatlarını hazırlamaq üçün 10 usta hər gün 8 saat olmaqla il ərzində 206 gün işləməlidir. 

Diqqətlə hazırlanmış muncuqların miqdarı dəfn olunanların cəmiyyətdəki yüksək mövqeyindən xəbər verib.  

Nicat Osman

tag: İspaniya,Muncuq,Zərgərlik,Arxeoloq,Todaypress.az,