“Qazprom” 2024-cü il üçün investisiyalar təxminlərini 8% artırdı

Dünya

30.11.2024 03:13

2024-cü ildə Qazprom Qrupunun investisiyaları 26,9 milyard dollar təşkil edəcək.

TodayPress xəbər verir  ki,  bu barədə Rusiyanının statistik məlumatlarında bildirilib.

"Qrupun 2024-cü il üçün investisiya proqramına əsasən (qaz, neft, enerji istehsalı, istilik istehsalı və digər aktivlər üzrə) istifadə edilmiş investisiyaların ümumi həcmi 2,859 trilyon rubl təşkil edir"  şirkətdən bildiriblər.

Əməliyyatlardan əldə edilən pul vəsaitlərinin hərəkəti banklardakı depozitlərin dəyişdirilməsinə görə düzəliş edilməklə 1,659 trilyon rubla (15,6 milyard dollar) çatıb.

Qazprom həmçinin dördüncü rübün nəticələrinin ilin sonunda borc yükünün azalmasına kömək edəcəyini gözləyir.

Aynur TAC

tag: Rusiya, Qaz,İdxal, İxrac, Qazprom, todaypress.az,