Qazaxıstanda təyyarə qəzası anını çəkən bloqer 10 sutka həbs edildi
Dünya
26.12.2024 17:40
Qazaxıstanda AZAL-a (Azərbaycan Hava Yollarına) məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğradığı yeri lentə alan bloqer Azamat Sarsenov 10 sutkalıq həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə "Baza" yazıb.
Bildirilir ki, Sarsenov qəza yerində pilotsuz uçuş aparatı (PUA) idarə etdiyi üçün saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, xilasetmə xidmətlərinin işinə maneələr yaradıb. Bloqer özü medianın sifarişi ilə işlədiyini bildirib.
Bundan sonra bloqer sərbəst buraxılsa da, tezliklə yenidən saxlanılıb. Səbəb asayiş keşikçisinin qanuni tələbinə tabe olmamaq olub. Nəticədə, Tupkaraqanski Rayon Məhkəməsi onun barəsində 10 sutkalıq həbs qərarı çıxarıb.
Töhfə Səməd
tag: PUA, Bloqer ,Qəza ,Aktau,todaypress.az,