Qazaxıstanda son 7 ildə ilk dəfə Qələbə Paradı keçiriləcək
Dünya
03.01.2025 12:16
2025-ci ildə Astanada 9 May Qələbə günü ilə bağlı hərbi parad keçiriləcək.
TodayPress xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ana dili" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, 2018-cu ildən bəri ölkədə ilk Qələbə Paradı olacaq.
Tokayev vurğulayıb ki, bu hadisə bu il dövlət gündəmində mühüm yer tutacaq.
Xatırladaq ki, Qazaxıstanda 9 May Qələbə paradı sonuncu dəfə 7 il əvvəl - 2018-ci ildə keçirilib.
Günəş Mərd
tag: Qazaxıstan ,Qələbə, Parad, Tokayev ,todaypress.az,