Qazaxıstanda silsilə terror aktlarının qarşısı alındı
Qazaxıstanın müxtəlif bölgələrində silsilə terror aktlarının qarşısı alınıb.
TodayPress xəbər verir ki, bu barədə Respublika Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində destruktiv dini cərəyanın tərəfdarı olan 5 Qazaxıstan vətəndaşı və bir əcnəbi saxlanılıb.
Saxlanılanlar terror aktına çağırışda şübhəli bilinirlər. Onları 5 ildən 12 ilə qədər həbs gözləyir.
Onlardan maddi sübutlar, o cümlədən üç qumbara götürülüb. Saxlanılan şəxslərdən ikisi əvvəllər quldurluq və oğurluq cinayətlərinə görə məhkum olunublar.
Günəş Mərd
tag: Qazaxıstan ,Terror ,Cinayət ,Oğurluq ,Respublika Milli Təhlükəsizlik Komitəsi , todaypress.az,