Qazaxıstanda sərnişin qatarı yandı

Dünya

22.03.2025 13:10

2323

Qazaxıstanda Kostanaydan Almatıya gedən sərnişin qatarında yanğın baş verib.

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yolları şirkətinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə Astana stansiyasından yanğınsöndürən qatar göndərilib. Yanğın dəmiryolçular və Fövqəladə Hallar Departamentinin əməkdaşları tərəfindən söndürülüb.

Bildirilir ki, qəza nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir.

Türkan İsgəndərli

tag: Qazaxıstan,Qatar,Yanğın,Hadisə,todaypress.az,