Qazaxıstanda rubl qadağan edildi

Dünya

27.08.2024 17:16

687

Qazaxıstanın “Citibank”ı müştərilərdən sentyabrın 24-dək rubl hesablarını bağlamağı tələb edib.

TodayPress xəbər verir ki, bu barədə “Frank Media” məlumat yayıb. 

Sentyabrın 24-dən etibarən valyutası Rus rublu olan yeni müqavilələrin qəbulu və köhnə müqavilələrə xidmət göstərilməsi dayandırılacaq. 

Qeyd edilib ki, “Citibank Kazakhstan” Qazaxıstanda təmsil olunan yeganə Amerika bankıdır. Onun səhmlərinin 100%-i Milli Assosiasiyaya məxsusdur.

Töhfə Səməd

tag: Qazaxıstan, Citibank, Rubl hesablar, Amerika, Bank, todaypress.az,