Qazaxıstanda Qələbə paradı başladı

Dünya

07.05.2025 10:50

8

Qazaxıstanda Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə hərbi parad keçirilməyə başlanıb. 

TodayPress xəbər verir ki, bu barədə prezident Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, paradda Qazaxıstan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı, general-mayor Mereke Kuçekbayev rəhbərlik edir.

Tədbir Qələbə Gününün əhəmiyyətini vurğulamaq və veteranlara ehtiram ifadə etmək məqsədi daşıyır.

Türkan İsgəndərli

tag: Qazaxıstan,Parad,Qələbə günü,Hərbi,todaypress.az,