Qazaxıstanda neft bazasında partlayış oldu
Dünya
26.01.2025 08:45
Qazaxıstanın
Jezkazğan şəhərində yerləşən neft bazasında üç xüsusi təyinatlı avtomobil
yanıb.
TodayPress Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə
istinadən xəbər verir ki, yanğınsöndürənlərin gəlişinə qədər partlayış baş
verib və anqar uçub.
FHN-in
yanğınsöndürənləri yanğını söndürüb və yanacaq çəninin yanmasının qarşısını
alıblar. Yanğın 100 kvadratmetr ərazini əhatə edib. Neft bazasının xəsarət alan
dörd əməkdaşı xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi araşdırılır.
tag: Qazaxıstan, Partlayış, FHN, Yanğınsöndürən, todaypress.az,