Qazaxıstanda metapnevmovirus infeksiyası qeydə alındı
Dünya
05.01.2025 16:15
Ötən il oktyabrın 1-dən Qazaxıstanda 30 - dan çox metapnevmovirus infeksiyası aşkar edilib.
TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi öz məlumat yayıb.
“Epidemiya mövsümü başlayandan indiyədək respublika üzrə 8360 nümunə qeyri-qrip virusları üçün yoxlanılıb. Bunlardan 1866 (22 faiz) müsbət nümunə müəyyən edilib, o cümlədən koronavirus - 206 (11,1 faiz), paraqrip - 178 (9,5 faiz), bokavirus - 113 (6,1 faiz) və sonuncu ən azı, metapnevmovirus - 30 (1,6 faiz) təşkil edib” deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl məlum olub ki, Çində yeni metapnevmovirusunun (hMPV) epidemiyası baş verib. Bu səbəbdən xəstəxanalarda sıxlıq yaranıb. İnfeksiya artıq yerli səhiyyə sistemi üçün xeyli yük yaradıb. Virus COVID-19 və qripə bənzər simptomlarla müşahidə olunur.
Günəş Mərd
tag: COVİD-29,Virus,Qrip,Pandemiya,Todaypress.az,