Qazaxıstanda məhbuslar qiyam qaldırdı
Dünya
21.09.2024 11:15
Qazaxıstanın Türküstan bölgəsindəki həbsxanada məhbuslar iğtişaş törədib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Penitensiar xidməti məlumat yayıb.
Məhkumların bəzilərinin saxlanma rejimi ilə razılaşmadıqları üçün etiraz etdiyi bildirilir.
Nəticədə Milli Qvardiyanın iki əsgəri, eləcə də cinayət islah sistemi şöbəsinin bir əməkdaşı yaralanıb.
Vəziyyətin stabilləşdiyi qeyd edilir.
Günəş mərd
tag: Qazaxıstan, Türküstan, Penitensiar Xidmət ,Məhkumlar ,Milli Qvardiya ,todaypress.az,