Qazaxıstanda LGBT təbliğatına qarşı qanun qəbul edildi

Dünya

01.08.2024 17:12

Qazaxıstan Mədəniyyət Nazirliyinin işçi qrupu LGBT təbliğatının qadağan edilməsi ilə bağlı petisiyaya baxıb.

TodayPress xəbər verir ki, bu barədə “Sputnik Near Abroad” məlumat yayıb.

Bildirilib ki, respublikada heç kim cinsinə və ya partnyor seçiminə görə ayrı-seçkiliyə məruz qalmayacaq, lakin LGBT-nun təbliğatları uşaqlara təsir etməsin deyə belə bir qanun qəbul edilib. 

Qeyd edək ki, petisiya mayın 29-da “E-Petition.kz” portalında dərc olunub.

Xatırladaq ki, bundan əvvəl də parlament KİV-lərdə LGBT-yə məxsus məlumatların yayılmasını qadağan etmişdi.

Töhfə Səməd

tag: Qazaxıstan, LGBT, Təbliğat, Uşaqlar, Qanun, todaypress.az,