Qazaxıstanda İrtış çayı üzərindən Çin və Rusiya arasında yeni tranzit dəhlizi yaradılacaq
Qazaxıstan Nəqliyyat
Nazirliyi Çin və Rusiya arasında İrtış çayı üzərindən yeni tranzit dəhlizi
yaratmağı planlaşdırır.
TodayPress Qazaxıstan
mətbuatına istinadla xəbər verir ki, bu barədə nəqliyyat naziri Marat Karabayev
məlumat verib.
Onun sözlərinə görə, Şərqi
Qazaxıstan vilayətinin Tuqıl kəndində çay limanı tikiləcək.
“Layihəy əsasən
Çin və Rusiya arasında Qazaxıstan ərazisindən keçməklə İrtış və daha sonra Ob
çayı vasitəsilə Şimal dənizlərinə çıxışı olan yeni multimodal tranzit dəhlizi
təşkil edəcək” deyə o, qeyd edib.
M. Karabayev
əlavə edib ki, layihə yeni başlayır, gələn ilin mayında isə üç ölkənin
nəqliyyat nazirləri danışıqlar aparacaqlar. Daşımanın proqnozlaşdırılan həcmi
ildə 2,6 milyon ton təşkil edəcək.
“Layihə
çərçivəsində Çinlə sərhəddə dördüncü dəmir yolu keçid məntəqəsinin açılması,
Tuqıl yaşayış məntəqəsinə qədər 120 kilometr dəmir yolunun çəkilməsi və orada
çay limanının tikintisi planlaşdırılır” deyə nazir yekunlaşdırıb.
tag: Çin, Qazaxıstan, Rusiya, Tranzit, Yük, Tuqıl, todaypress.az,