Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək öldü
Qazaxıstanın şərqində
dörd nəfər şaxtada naməlum maddədən zəhərlənərək ölüb.
TodayPress xəbər verir ki, bu barədə Şərqi Qazaxıstan
vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Avqustun 31-də saat 17:30-da “Vostoktsvetmet” MMC-nin
şaxtasında ilkin məlumata görə, 4 nəfər naməlum maddədən zəhərlənərək ölüb.
Daha bir nəfər Şərqi Qazaxıstan vilayətinin Qlubokovski rayon xəstəxanasına
yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər” məlumatda
vurğulanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.
tag: Qazaxıstan,Vostoktsvetmet,Qlubokovski,Şaxta,todaypress.az,