Qazaxıstanda bunkerdə faciə, ölənlər var
Dünya
07.10.2024 12:50
Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində 4 işçi ölüb.
TodayPress Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil.
Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib.
tag: Qazaxıstan, Kostanay, Rudnıy, Araşdırma, todaypress.az,