Qazaxıstanda AES-lərin tikintisi ilə bağlı səsvermənin nəticələri açıqlandı

Dünya

07.10.2024 11:03

Qazaxıstan Mərkəzi Seçki Komissiyası respublikada atom elektrik stansiyalarının tikintisi ilə bağlı səsvermə məlumatlarını açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

“Referenduma çıxarılan məsələnin müsbət həllinə səs verən vətəndaşların sayı 5 milyon 561 min 937 nəfər və ya 71,12 faiz təşkil edib” məlumatda deyilir.

Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı ümumxalq səsverməsi başlayıb.

Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev referendumun keçirilməsi ilə bağlı fərman imzalayıb.

2023-cü ildə Qazaxıstanın Energetika Nazirliyi ölkədə atom elektrik stansiyalarının tikintisi üçün əsas iddiaçıların arasında dörd şirkətin olduğunu bildirib: Çinin CNNC korporasiyası, Cənubi Koreyanın KHNP, Fransanın EDF və Rusiyanın Rosatom şirkətləri.

Beynəlxalq təşkilatlar, xüsusilə də əlavə nəzarəti həyata keçirəcək Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) layihəyə cəlb olunacaq.

Günəş Mərd

tag: Qazaxıstan ,Energetika Nazirliyi ,Cənubi Koreya ,Rusiya ,Fransa ,todaypress.az,