Qazaxıstanda 95 avtomobil toqquşdu - 10 nəfər xəsarət aldı
Dünya
03.01.2025 21:45
Qazaxıstanda xilasedicilər 95 avtomobilin
iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət
alan 10 nəfəri xəstəxanalara çatdırıblar.
TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xilasetmə əməliyyatları zamanı 8-i uşaq olmaqla 71 nəfər
təxliyə edilib, daha 11 nəfər xilas edilib. Onlardan 10-u Makinsk rayon
xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, bundan əvvəl “Kazavtozhol” milli avtomobil
yollarının idarə olunması xidməti qar çovğunu və ölkə magistralının Astana-Petropavlovsk
hissəsində zəif görmə ilə əlaqədar bütün növ nəqliyyat vasitələri üçün hərəkətə
məhdudiyyətin qoyulması barədə məlumat yaymışdı.
Hava şəraiti yaxşılaşdıqdan və yol təmizləndikdən sonra
polis idarəsinin əməkdaşlarının müşayiəti və “Kazavtozhol” xüsusi texnikası ilə
Şuçinsk şəhəri istiqamətində hərəkətin fəaliyyəti bərpa edilib.
Lakin sürücülərin sürət həddinə və təhlükəsizlik
məsafəsinə riayət etməməsi səbəbindən 95 avtomobilin iştirakı ilə qəza baş
verib.
tag: Qazaxıstan, FHN, Astana, Makinsk, todaypress.az,