Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ oldu
Dünya
26.11.2024 02:44
Qazaxıstanın şərqində 5,3 maqnitudalı
zəlzələ qeydə alınıb.
TodayPress-in xəbərinə görə, bu barədə Avropa-Aralıq
dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 23:42-də (Bakı
vaxtı ilə saat 22:42-də) baş verib. Zəlzələnin episentri Çin sərhədinə yaxın
Jarkent şəhərindən 40 km məsafədə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
tag: Qazaxıstan, Zəlzələ, Çin, Zəlzələ Ocağı, Dağıntı, todaypress.az,