Qazaxıstanda 150-yə yaxın məktəbli zəhərləndi

Dünya

08.09.2024 14:36

1687

Qazaxıstanın Manqistau vilayətində 141 nəfər qidadan zəhərlənib.

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Bildirilib ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.

Hazırda bölgədə xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətində, 16 uşaq isə xəstəxanada müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

Töhfə Səməd

tag: Qazaxıstan,Zəhərlənmə,Uşaq,Məktəb,Qida,todaypress.az,