Qazaxıstan “Zolotaya Korona” vasitəsilə köçürmələri məhdudlaşdırdı

Dünya

29.08.2024 09:26

Qazaxıstanın “Azadlıq Bank”ı “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə pul köçürmələrinin dayandırıldığını elan edib. 

TodayPress xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Bank dayandırmanın müvəqqəti olduğunu bildirib. 

Qeyd edək ki, bundan əvvəl də Qazaxıstanın “CenterCredit” şirkəti “Android” əməliyyat sistemi üçün mobil proqramda bu üsuldan istifadə etməklə köçürmə imkanını ləğv edib.

Maliyyə təşkilatlarının belə addım atmasına səbəb ABŞ-nin avqustun 23-də elan etdiyi növbəti sanksiyalar paketi olub. 

Töhfə Səməd

tag: Qazaxıstan, Azadlıq Bank, Zolotaya Korona ,CenterCredit, ABŞ, todaypress.az,