Qazaxıstan xilasediciləri 40 nəfəri təxliyə etdi
Dünya
28.12.2024 10:58
Karaqanda vilayətində xilasedicilər tərəfindən Qazaxıstan və Özbəkistan vətəndaşı olan 40 nəfər təxliyə edilib.
TodayPress Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, 112 xidmətinə Karaqanda vilayətinin Şet rayonundan bir neçə kilometr məsafədə texniki nasazlıq səbəbindən avtobusun dayanması barədə məlumat daxil olub.
FHN əməkdaşları təxliyə əməliyyatı həyata keçirərək hamını Aksu-Ayulı kəndinə çatdırıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
tag: Qazaxıstan, Şet, Təxliyə, Avtobus ,Xilasedicilər, todaypress.az,